Gündəm

Latviya aprel ayında Belarusla sərhəddə hasar çəkməyə başlayacaq

Latviya aprel ayında Belarusla sərhəddə hasar çəkməyə başlayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayında Latviya Belarusla sərhədin bataqlıq ərazilərində hasar çəkməyə başlayacaq.

Bu barədə “Report” “Sputnik Belarus”a istinadən xəbər verir.

Qeyd olunub ki, hasarın uzunluğu demək olar ki, 64 km olacaq. Vurğulanıb ki, artıq quru zonalarda (85,8 km – Red) işlər yekunlaşıb.

Qeyd edək ki, Finlandiya da Rusiya ilə sərhəddə sədd tikməyə başlayıb. Tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb. İnşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon avro ayırıb.

Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.