Ölkə

Mariana Vasilevanın əvvəlki yerinə təyinat olacaq? – Açıqlama

Mariana Vasilevanın əvvəlki yerinə təyinat olacaq? – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi postuna hər hansı təyinat planlaşdırılmır”.

7times.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

Nazir müavini vəzifəsinə təyin olunmazdan əvvəl bədii gimnastika üzrə Azərbaycan millisinə baş məşqçilik edən M.Vasileva deyib:

“Biz yeddi nəfərdən ibarət məşqçilər şurası çağırdıq və müzakirələr apardıq. Həmçinin, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi də tövsiyələrini verdi.

Hazırda güclü və peşəkar kollektivimiz var. Konkret şəxsin baş məşqçi vəzifəsinə təyinatına ehtiyac duyulmur. Məşqçilər şurasının üzvləri birlikdə qərar qəbul edəcəklər. Mən həmişə onlara kömək edəcəyəm”.