Aktual

Mariupolun dəniz piyadaları Rusiya ordusunu çıxılmaz vəziyyətə salıb

Mariupolun dəniz piyadaları Rusiya ordusunu çıxılmaz vəziyyətə salıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mariupolu Rusiya işğalından müdafiə edən 36-cı briqadanın dəniz piyadaları videomüraciət göndəriblər. Onlar müaciətdə öz mövqelərini tərk etmədiklərini, Ukraynaya sadiq qalacaqlarını bildiriblər və qələbəni müdafiə etməyi xahiş ediblər.

 

Bizimyol.info xəbər verir ki, dəniz piyadalarının videosunu jurnalist Natalya Naqornaya ictimailəşdirib. O bildirib ki, 36-cı briqadanın dəniz piyadalarının bu görüntüləri bu gün səhər saat 5 radələrində Mariupolda qeydə alınıb.

“Heç kim “onlar sındırılıblar” deyə bilməsin deyə bu videolar lentə alınıb”,- deyə jurnalist bildirib.

“Mübarizəni davam etdirməyi xahiş edən və sona qədər dayandıqlarını deyən insanlar həmin an mühasirəyə alınsalar da, əsirlikdə olmadıqlarını və heç bir məcburiyyət olmadan danışdıqlarını bildiriblər”,- deyə jurnalist video müraciəti şərh edib.

Dəniz piyadalarının sözügedən birbaşa çıxışının mətnini təqdim edirik: “Biz Mariupolun 36-cı Dəniz Briqadasının müdafiəçiləriyik. Briqadamız bu şəhərin müdafiəsini sona qədər qoruyub saxlayır. Biz mövqelərimizdən əl çəkməmişik. Buranın hər bir qarışını tutmuşuq. Amma reallıq odur ki, şəhər həqiqətən də blokadada idi və sursat ehtiyatı, yemək yox idi.

Dəniz piyadalarına inanan və inanmaqda davam edən hər bir ukraynalıya minnətdarıq. Biz mövqelərimizi tərk etməmişik. Vətənimizə sadiq qalmışıq və həmişə sadiq qalırıq.

Bütün ukraynalılar bu müqavimətin qiymətini xatırlamalı və işi başa çatdırmalı, qələbəni sona qədər qorumalıdırlar”,- deyə 36-cı briqadanın dəniz piyadalarının müraciətində bildirilir.

Qeyd edək ki, Mariupol martın 1-dən şəhərdə humanitar fəlakət yaradan və soyqırım törədən Rusiya qoşunları tərəfindən blokadaya alınıb. Rusiya ordusu Mariupoldakı “Azovstal” zavodunun ərazisində onlara qarşı kimyəvi silahdan istifadə etməklə hədələyiblər .

Aprelin 11-i axşam saatlarında Rusiya işğalçıları Mariupola mənşəyi naməlum zəhərli maddə atıblar. “Azov” lideri Andrey Biletski hadisə ilə bağlı açıqlaması zamanı bildirib ki, Rusiya ordusu “Azov” alayının döyüşçülərinin nəzarətində olan “Azovstal” zavodu üzərində kimyəvi silahdan istifadə edib.