Araşdırma

Maşında heç vaxt su butulkası saxlamayın – VİDEO

Maşında heç vaxt su butulkası saxlamayın – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın Oklahoma ştatının yanğınsöndürənlər briqadası internet vasitəsilə insanları xəbərdar edib. Qəribə səslənir, amma sizin maşınınızda su butulkası ölümcül ola bilər. Yanğınsöndürənlər bununla əlaqədar olaraq video paylaşıb ki, insanları inandıra bilsinlər.
Xəbərdarlıq
İnsanların çoxu maşında yeyib- içirlər. Xüsusilə səyahət edənlərin  maşınında yəqin ki, su butulkası olur. Siz bilirsinizmi ki, bu, ölümcül ola bilər?
Aydahodan amerikalı yanğınsöndürən bunu görüb və bu barədə video çəkib. O özü baş verənlərə təəccüb edib, onun Oklahoma briqadasından olan digər yanğınsöndürənlər də razılaşıb ki, insanları bu təhlükə barədə xəbərdar etmək lazımdır.
Yanıqlar
Aydahodan olan Dioni Amuçastehui adlı bir kişi maşınında su butulkası qoyub nahara gedib. Qayıdanda o, görüb ki, paneldən tüstü çıxır. Nə baş verib? Günəş şüaları uzun müddət şüşədən keçəndə butulkanın altında olan material alışa bilər. Dioninin maşınında iki ləkə əmələ gəlib!
Yanğınsöndürənlər
Biz hamımız lupa və Günəşin necə işlədiyini bilirik. Plastik butulkada olan suyun da belə xassəsi var. Su Günəş şüalarını sındırır, bu səbəbdən onun materialı yana bilər. Əgər bu, sintetik parçadırsa, yanğın təhlükəsi daha böyükdür.
Yanğınsöndürənlər insanları bu barədə xəbərdar edib.Oklahoma ştatının şöbəsinin yanğınsöndürəni tərəfindən aparılan test nəticəsində su butulkasında hərarət 120 dərəcəyə çatıb. Alov yavaş-yavaş baş verir, buna baxmayaraq, bütün tədbirləri görmək vacibdir. Ona görə də parlaq Günəş şüalarında maşında su saxlamayın.
Butulkanı oturacağın altına və ya Günəş şüalarının düşmədiyi yerə qoyun.