Gündəm

Medvedçukun başına nəsə gəlsə… – Rusiya hədələdi

Medvedçukun başına nəsə gəlsə… – Rusiya hədələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həyat uğrunda – Müxalifət Platforması” partiyası siyasi şurasının sədri Viktor Medvedçukun başına nəsə gəlsə, Vladimir Zelenski cavab verməli olacaq.

7Times.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti vətənə xəyanətdə ittiham edilən Medvedçukun saxlanıldığını elan edib. Daha sonra Zelenski Rusiyaya siyasətçini əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq.