Aktual

“Mən daha Rusiyada yaşaya bilmirəm, bu savaş Putinin və rus xalqının hərbi cinayətidir”

“Mən daha Rusiyada yaşaya bilmirəm, bu savaş Putinin və rus xalqının hərbi cinayətidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukrayna ilə müharibəsi 20 ildir davam edir”

Rusiya Federasiyasının qaz biznesi ilin əvvəlindən beşinci top- menecerini itirib
“Qazprombank”ın vitse- prezidenti İqor Volobuyev Rusiyanı tərk edərək Ukraynaya gedib və Kiyevin ərazi müdafiəsinə qoşulub.
Moderator.az xəbər verir ki, bu barədə o, “İnsider”  nəşrinin jurnalisti Denis Kazanskiyə danışıb.
Volobuyevin sözlərinə görə, onun gedişi təhlükəsizliyi ilə bağlı deyil, onun həyatına heç bir təhlükə olmayıb.
O, Suma vilayətinin Axtırka şəhərində anadan olub və hazırda atası, balaca qardaşı və dostları yaşayan Ukraynadadır.
“Bir neçə gün öncə mən qərara gəldim ki, daha Rusiyada yaşaya bilmirəm. Çünki  rusiyalılar atamı öldürüb, tanışlarımı, yaxın dostlarımı öldürüb. Mənim atam bir ay soyuq zirzəmidə yaşayıb. Uşaqlıqdan tanıdığım adamlar mənə deyirdilər ki, mənə görə xəcalət çəkirlər. Bilirsiniz, mənə nə deyiblər? “Biz bundan sonra sənin axtırkalı, ukraynalı olduğunu heç vaxt eşitməməliyik. Heç vaxt”. Mən əşyalarımı yığışdırıb və martın 2- də Rusiyadan uçub getdim”, – Volobuyev deyib.
O, qeyd edib ki, altı ildən artıq “Qazprombank”da işləyib, buna qədər 16 il “Qazprom”un əməkdaşı olub, “onun 9 ilini mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb”.
Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə müharibəsi artıq 20 ildir davam edir və iqtisadi təzyiqdən başlayıb.
“Məqsəd Ukraynanı özünə  bağlamaq, Belarus kimi qaz asılılığına salmaq olub. Bu, müharibənin bir hissəsi idi. Mən etiraf edirəm ki, “Qazprom”da işləyərkən belə qaz müharibələrinin iştirakçısı olmuşam, – o, bəyan edib.
Volobuyev Ukraynadakı müharibəni Putinin, Rusiya hakimiyyətinin və Rusiya xalqının “hərbi cinayəti” adlandırıb.
“Ona görə ki, burada ukraynalıları Putin qətlə yetirmir, unitazları Putin oğurlamır, qadınları Putin zorlamır. Bu, elə rus xalqıdır. Mən milliyyətcə ukraynalı olsam da, buna görə mən də məsuliyyət daşıyıram”.
O, həmçinin “Qazprom”un sabiq vitse- prezidenti Vladislav Avayevin və ailəsinin ölümünü şərh edib. Onun sözlərinə görə, baş verənlər intihar kimi qələmə verilib.
Xatırladaq ki, aprelin 18- də Moskvada Universitet prospektində Avayevin ailəsi ölü tapılıb. İstintaq hesab edir ki, 51 yaşlı Vladislav tapançadan 47 yaşlı həyat yoldaşını və 13 yaşlı qızını güllələyib, daha sonra intihar edib.
Bundan sonra aprelin 21- də Rusiyanın “Novatek” neft- qaz şirkətinin sabiq top- meneceri Sergey Protosenya İspaniyada həyat yoldaşı və qızı ilə ölü tapılıb. İstintaqın versiyasına görə, 55 yaşlı biznesmen əvvəlcə ailə üzvlərini balta ilə qətlə yetirib, daha sonra evinin bağında özünü asıb.u
Fevralda Peterburq yaxınlığında Leninskoye qəsəbəsində “Qazprom”un Vahid hesablama mərkəzinin baş direktorunun müavini Aleksandr Tülyakov asılı vəziyyətdə tapılıb.
Yanvarın sonunda elə həmin qəsəbədə istintaqın güman etdiyi kimi, “Qazprom invest” şirkətinin nəqliyyat xidmətinin rəhbəri Leonid Şulman intihar edib.