Manşet

“Mənə və Əli Kərimova əldəqayırma qumbara verib tapşırdı ki…” – SENSASİON AÇIQLAMA

“Mənə və Əli Kərimova əldəqayırma qumbara verib tapşırdı ki…” – SENSASİON AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fazil Mustafanın fotosu kollaj edilib.

7times.az-ın xəbərinə görə, deputat bildirib ki, bunu hazırlayanlar qonşu ölkədə Azərbaycanı qarışdırmaq üçün xüsusi təşkilatlanmış dini şəbəkənin təmsilçiləridir:

“Kollaj Əfqanıstanda təyyarədən yerə düşən insanların faciəsi üzərindən hazırlanıb. Hazırlayanlar qonşu ölkədə Azərbaycanı qarışdırmaq üçün xüsusi təşkilatlanmış dini şəbəkənin təmsilçiləridir. Dini maarifçilik istiqamətində çalışmalarımız onları narahat etdiyinə görə hər gün onlarla belə təhqir, şantaj xarakterli materialları bizim informasiya məkanımızda tirajlayırlar. Demək ki, mövqeyimiz erməniləri dəstəkləyən bir şəbəkənin xoşuna gəlmir və bu üsullarla əleyhimizə total təbliğat aparırlar. Halbuki Azərbaycanda hər kəs yaxşı bilir ki, biz ancaq şiəlik, yaxud sünnilik adlanan cərəyanların radikal təzahürlərinə qarşı çıxış edirik, bunu dövlətimizin gələcəyi üçün təhlükə sayırıq. Ancaq Azərbaycana bağlı olan, öz dövlətini sevən, başqa ölkənin agenturası tərəfindən yönləndirilməyən şiəsi, sünnisi olsun, bizim üçün qardaşdır, bacıdır, dəyərli vətəndaşdır. İndi bizi bu cür təhqir edən qonşu ölkədə yetişdirilmiş zombiləri, danabaşları anladıq, tapşırıqları belədir. Bəs bizim siyasi maarifçilik istiqamətində attığımız addımlara qarşı ədəbsizlik edən qaragüruhçuları bunlarla birləşdirən hansı keyfiyyətdir? Biri də yazdığın mətni oxumur, oxusa da anlamır, biz axı tarixən bir çox faciəli prosesləri keçib gəlmişik, hazırda da işğala məruz qalmış Gürcüstan və Ukrayna nümunələri ilə tanışıq. Demək ki, bu gün ən ləyaqətli azərbaycanlı milli qürurdan daha çox milli ehtiyatlılıq barədə düşünməlidir. Mən 20 yanvar hadisələrində həm iqtidar, həm də müxalifət elitasının davranışları ilə yaxından tanışam. O zaman dövlətimiz müstəqil olmadığına görə sərgilənən məsuliyyətsizliyi bəlkə də bizə bağışlamaq olardı. İndi isə müstəqil dövlətimiz var və hər bir azərbaycanlının qarşısında əsas hədəf bu dövləti təhlükəyə soxacaq addımlardan uzaq durma olmalıdır. Xüsusilə də Rusiya qarşısında milli ehtiyatlılıq prinsipindən çıxış etməyimiz vacibdir ki, ən azı Qarabağda problemlərimizi həll edə bilək. 20 yanvarı niyə xatırlatdım, bu hadisə bizim Qarabağ üzərində tam nəzarətimizin itirilməsi deməkdi və keçmiş SSRİ rəhbərlərinin planına uyğun da gerçəkləşdi. O zaman iqtidar elə də güclü deyildi, Moskvadan tam asılı idi. Müxalifət liderləri isə burnunun ucundan uzağı görmədiyinə və strateji planlaşdırma üçün savadsız olduğuna görə qeyri-bərabər küçə müqavimətinə  xalqı yönləndirdi və nəticədə ölüm-itim, ardınca da əl-qolu bağlayan fövqaladə vəziyyət gəldi. Mən də digər tələbələr kimi, bu liderlərin arxasınca gedirdim və onların tapşırıqlarını yerinə yetirirdim. Gözümüzü açan bilirsiniz nə oldu? Mənə və Əli Kərimova hərəkat liderlərindən biri otaqda siyirtmədən ikişər ədəd əldəqayırma qumbara verib tapşırdı ki, gedin adama bir tank partladın. O qumbaranın tankı partladacağından əmin olsaydıq, bəlkə də dərhal bu tapşırığı icra edərdik. Ancaq öz aramızda bu məsuliyyətsiz tapşırıqdan dəhşətə gəldik və anladıq ki, küçəyə tökülən insanların taleyini düşünən kimsə yoxdur. 20 yanvarda dünyasını dəyişənlərin qarşısında bizim də günahımız var və hər bir siyasətçi apardığı davanın nəticəsini proqnozlaşdırmadan xalqı öz xəstə təxəyyülünün yönləndirməsinə qurban verirsə, bunun hüquqi məsuliyyətini daşımaqdan yayınsa da, ilahi məsuliyyətini mütləq daşıyacaqdır. Bəli, o zamandan qərara aldım ki, kütlənin çağırışlarını ağlın süzgəcindən keçirmədən siyasət yürütməyəcəyəm və xalqa gözlənilən təhlükə barədə açıq şəkildə fikirlərimi söyləyəcəyəm. O zaman da bu təhlükə barədə danışanlar vardı, lakin bu gün sosial şəbəkəyə doluşmuş siz qaragüruhçularn ataları, qardaş-bacıları o dövrdə də meydan qaragüruhunu təşkil edirdilər və bu səsləri indi sizin boğduğunuz kimi boğurdular.

Bir neçə il öncə xatırlayırsınızsa Rusiyada bir çeçen azərbaycanlıları videomüraciətdə təhqir etmişdi. Azərbaycanlılar da eyni formada ona cavab vermişdilər. İki müsəlman toplumun az qala qırğını başlayacaqdı və hamımız bundan narahatçılıq keçirirdik. Yaxşı ki, ağıllı insanlarımız həm Rusiyada, həm də burada hərəkətə keçərək barışığı təmin edə bildilər. İndi millətimizin əziz, səmimi qaragüruhçuları, aradabir ağlınızı işə salıb yazdıqlarımızı, söylədiklərimzi diqqətlə oxuyun, yaxud dinləyin. Ağlınıza batmazsa, sonra yenə də ənənizə sadiq qalaraq ağzınıza gələni yazarsınız. ABŞ-la da, Avropa Birliyi ilə də, Rusiya ilə də, İranla da milli ehtiyatlılıq prinsipinə uyğun siyasət yürütməliyik. Ukraynanı dünyanın ən güclü dövlətləri dəstəkləyirdi, Krımı, Donbası itirəndə real addım atmaqdan qorxdular. Ukraynalılar isə elə bilirdilər ki, Maydanda yığışmaqla torpaqları qoruyacaqlar. Gürcüstanı da Ukraynadan əvvəl həmin günə saldılar. Meydan xalqından siyasi millətə doğru məhz indi təkamül etməliyik. Gecikirik. Rusiyada bizi dəstəkləyən rusların sayını artırmalıyıq, oradakı milyondan artıq azərbaycanlılara qarşı arzuolunmaz addımların atılmasına rəvac verməməliyik. Müstəqilliyimizi qorumaq, Qarabağda əldə etdiklərimizi itirməmək və uğurlarımızı daha da irəlilətmək naminə. Əlbəttə, qardaş Türkiyə dəstəyini verəcək, ancaq elə məsələlər var ki, Türkiyənin də başını aşır və onun da imkanlarını romantik şəkildə deyil, real duruma uyğun dəyərləndirməliyik.

“Baba Pünhan” adı ilə bizi söyən Vətən xainləri ilə öz milli qaragüruhumuz bizə qarşı eyni hədəfdə birləşsə də, bu həqiqətləri söyləməliyik, çünki millətin taleyinə qarşı məsuliyyətsizliyə bundan sonra yol verməyimiz daha acınacaqlı nəticələr doğuracaq”.