Manşet

Meşələri qıran deputat atası 65 min manat cərimələndi

Meşələri qıran deputat atası 65 min manat cərimələndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti deputat Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması ilə bağlı iddialara cavab verib.

7times.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, nazirlik Xaçmazın Fərzəlioba kəndində ağacların qırılması ilə bağlı mayın 25-dən etibarən cərimələrə başlayıb: “İlk olaraq 7000 manat cərimə, mayın 31-də 25000 manat, iyunun 2-də 33040 manat cərimə tətbiq edilib. İki gecə bizim əməkdaşlar həmin ərazinin mühafizəsini həyata keçirib. Bu gün həmin işin dayandırılmasına qismən nail olmuşuq. Bütün sənədlər Xaçmaz rayon Prokurorluğuna təqdim edilib”.