Sosial

Məşğulluq mərkəzlərindəki korrupsiya məngənəsi – VİDEO

Məşğulluq mərkəzlərində korrupsiya məngənəsi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünüməşğulluq proqramı kimin və kimlərin maraqlarına xidmət edir?

Dövlət məşğulluq agentliyinin həyata keçirtdiyi özünüməşğulluq proqramının icrasında yol verilən qanun pozuntuları haqda bəhs etmişdik. Proqramda iştirak edən vətəndaşların seçilməsindən aktivlərin ya vaxtından əvvəl satılması ya da nəğdləşdirilməsinə qədər yol verilən ciddi qanun pozuntuları bu cür əhəmiyyətli bir layihənin həm şəffavlığına kölgə salır həm də dövlət vəsaitinin səmərəsiz sərfinə səbəb olur.

Rəsul Mehrəliyev Quba rayonun Gedik kəndində yaşayır. 3 uşaq atası olan qəhrəmanımız dəfələrlə məşğulluq mərkəzinə müraciət etsə də, ona özünüməşğulluq  proqramında iştirak etmək üçün bəzi kriteriyalarının uyğun olmadıqğ bildirilib. Biraz da dəqiq desək, Rəsul Mehrəliyevdən özünüməşğulluq proqramına qatılmaq üçün pul tələb edilib. Həmin vəsaiti olmadığı üçün o bu proqramdan yararlana bilməyib. Hazırda işsiz olan Rəsul Mehrəliyev son 1 il ərzində ikisi ölkə başçısına olmaqla ümumilikdə 10-dan çox məktubla dövlət strukturlarına müraciət edib.Həmin müddət ərzində 3 dəfə də rayon icra hakimiyyətinə gəlib gedib. Milyonlarla dövlət vəsaiti ayrılan özünüməşğulluq proqramının əsas hədəfi də belə insanların özünüməşğulluğunun təmin edilməsi deyilmi?

Apardığımız araşdırmalara əsasən  DMA–nin nəzərinə çatdırmaq istəyirik ki, özünüməşğulluq proqramına cəlb edilən insanların böyük əksəriyyətinin nə özünüməşğulluğu təmin olunub, nə də sosial rifah halı yaxşılığa doğru dəyişməyib. Hətta elə vətəndaş var ki, bir il ərzində həm bu proqramda iştirak edib, həm də ünvanlı sosial yardım almaq üçün müraciət edib. Əgər heç nə dəyişməyibsə bəs onda niyə dövlət vəsaiti belə faydasız və səmərəsiz işlərə sərf edilməlidir?

Növbəti yazıda aktivlərin nəğdləşdirilməsi və müqavilə müddəti bitməmiş satılması, həmçinin bu proqramın icrasında yol verilən digər qanun pozuntuları barədə bəhs edəcəyik.