Sağlamlıq

Meymunçiçəyi ilə bağlı qorxunc gerçək açıqlandı: Yoluxanlar 76 gün təcrid edilməlidirlər?

Meymunçiçəyi ilə bağlı qorxunc gerçək açıqlandı: Yoluxanlar 76 gün təcrid edilməlidirlər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada meymunçiçəyi virusunu təhlil edən mütəxəssislər təəccüblü nəticələr əldə ediblər.

7Times.az bildirir ki, elm adamları xəstəlik nəticəsində yaranan dəri səpgilərinin yox olduqdan sonra belə virusun bədəndə 10 həftə qala biləcəyini deyiblər.

Mövzu ilə bağlı araşdırma aparan mütəxəssislərin fikrincə, uşaqlarda rast gəlinən hallar  nadirdir və gənclərdə görülən hər hansı bir səpgi daha çox suçiçəyi və ya digər dəri xəstəliklərindən qaynaqlanır. Onlar, həmçinin 2018-2021-ci illər arasında aşkar edilmiş 7 meymunçiçəyi hadisəsini analiz ediblər. Bunlar arasında tədqiqatçıları narahat edən yeganə hal Nigeriyada meymunçiçəyi xəstəliyinə yoluxmuş 40 yaşlarındakı bir kişi olub. Adı açıqlanmayan adamın xəstəliyə yoluxduqdan 76 gün sonra da testinin müsbət çıxdığı açıqlanıb. Xəstəxanada müalicə aldıqdan bir neçə həftə sonra evə buraxılan həmin şəxsin 6 həftə sonra ilk dəfə cinsi əlaqəyə girdiyi zaman virusun geri qayıtdığı iddia edilib. Mütəxəssislər hesab edir ki, xəstəliyin təkrarlanmasına səbəb birbaşa cinsi əlaqə olub.

“Lancet Infectious Diseases” jurnalında dərc olunan məqaləyə görə, limfa düyünlərində şişkinlik olan kişi xəstəxanaya gedib, yenidən PCR testi verib və test müsbət çıxıb.

Tədqiqat müəllifi Haf Adler, meymunçiçəyi virusunun bu müddət ərzində boğazda və qanda aşkar oluna biləcəyinə təəccübləndiklərini söyləyib. Ənənəvi olaraq, meymunçiçəyi xəstələri xarakterik səpgilər və lezyonlar olduqda yoluxucu hesab olunur. Bu səpgilər bir neçə həftədən sonra qabıqlanmağa və azalmağa meyllidir. Sözügedən yoluxma faktı tədqiqatçılar üçün ən ekstremal hal olsa da, digər xəstələr də səpgilər yox olduqdan sonra dörd həftəyə qədər PCR testlərində müsbət nəticələr göstəriblər. Tədqiqatın müəllifi Adler, səpgi təmizləndikdən sonra virusun ötürülə biləcəyini təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu deyib.