Aktual

Meymunçiçəyinə görə vaksinə ehtiyac yoxdur – ÜST

Meymunçiçəyinə görə vaksinə ehtiyac yoxdur – ÜSTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində 75-ci Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində meymunçiçəyi virusu ilə bağlı brifinq keçirilib.

7Times.az xəbər verir ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Xəstəliklərə Hazırlıq və Qarşısının Alınması üzrə direktoru Silvio Briand meymun xəstəliyinin necə yayıldığı və kütləvi peyvəndlə bağlı açıqlama verib.

“Təəssüf ki, hələlik biz bu epidemiyanın hansı heyvanlardan yayıldığını bilmirik. İndiyə qədər aldığımız məsləhət odur ki, kütləvi peyvənd və ümumi immunitetə ehtiyac yoxdur”, – Briand deyib.