Ölkə

Milli Məclisin deputatı ABŞ-nin fəxri vətəndaşlığından imtina edib

Milli Məclisin deputatı ABŞ-nin fəxri vətəndaşlığından imtina edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edirəm”.

7Times.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat xatırladıb ki, 1990-cı illərdə bəzi deputatlarla birgə ABŞ-yə səfər ediblər. “Səfər zamanı mənə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Bu gün onların hər iksindən imtina edirəm”.