Kriminal

Mingəçevirdə keçmiş məhkumdan qadına qarşı iyrənc hərəkət – FOTO

Mingəçevirdə keçmiş məhkumdan qadına qarşı iyrənc hərəkət – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində qadının boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, “102” Zəng Mərkəzinə və Mingəçevir şəhər polis şöbəsinə müraciət edən bir qadın naməlum şəxsin onun üzərindəki qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yevlax rayonu Tanrıqulular kənd sakini Anar Yusifli saxlanılıb.

Soyğunçuluqla ələ keçirdiyi həmin boyunbağı isə ondan maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq aparılır.