Ölkə

Mobil operatorların dünən axşam saatlarında ÇÖKMƏ SƏBƏBİ məlum oldu

Mobil operatorların dünən axşam saatlarında ÇÖKMƏ SƏBƏBİ məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarından etibarən “Bakcell” və “Nar” mobil operator istifadəçiləri telefonlarında şəbəkə problemi ilə üzləşib. Yaranan problemlə əlaqədar olaraq istifadəçilər zəng xidmətindən istifadə edə bilməyiblər. Həmçinin internetdən istifadə də məhdudlaşdırılıb. Bu da əksəriyyətin narahatlığına səbəb olub.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hər iki mobil operatorda eyni anda yaranan yaranan problemə aydınlıq gətirib.

Onun sözlərinə görə, baş verən texniki nasazlıq eyni infrastruktura bağlı olmalarından irəli gəlir:“İki fərqli şirkət texniki problemi eyni anda yaşayıb. Onların texniki infrastrukturu eynidir, güman ki, bununla bağlıdır. Həmçinin digər mobil operatorlarda da qismən şəbəkə problemləri müşahidə olunub”.

Qeyd edək ki, hər iki mobil operator, xüsusi ilə “Bakcell” şəbəkədə yaranan texniki problemin araşdırılaraq ictimaiyyətə bununla bağlı məlumat veriləcəyini bildirib:

“Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri  anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!”.

Bu cür çətinlik qismən “Azərcell”də də yaşanıb. Amma o qədər də uzun sürməyib. Problemin köklü əsas təşkil etmədiyi bildirilsə də bəzi ekspertlərin fikirncə, prosesə kənar müdaxilələr olub. Məhdudlaşmada qonşu ölkələrdə yaşanan son olayların da səbəb olduğu deyilir.
Fikir var ki, İranda və Rusiyada baş verənlər bu ölkələrlə intensiv rabitə əlaqələri zamanı aşırı yüklənmə yaradıb. Ona görə də mobil operatorların ötürücü sistemləri bu yükə tab gətirməyib.