Aktual

Müasir Avropadan orta əsrlərə doğru… – Əlac “Taliban”a qalıb…

Müasir Avropadan orta əsrlərə doğru… – Əlac “Taliban”a qalıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya öz nefti və qazı üçün yeni alıcı tapıb
Faktiki olaraq “Taliban” radikal qruplaşmasının nəzarətində olan Əfqanıstan Rusiyadan enerjidaşıyıcıları almaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Harvala istinadən Rusiyanın informasiya agentlikləri məlumat yayıb.
Harvalın sözlərinə görə, taliblər yanacaq, qaz tədarükündə maraqlıdır… ölkəmizin ilk növbədə buna ehtiyacı var”.
Diplomat deyib ki, Kabil Moskva ilə tədarük barədə konkret sazişlər imzalamağa çalışır.
Bundan başqa, o, qeyd edib ki,  onun hökuməti Türkmənistandan Əfqanıstan və Pakistandan keçməklə Hindistana qaz kəmərinin tikintisini nəzərdə tutan TƏPH layihəsi üzrə işlərin bərpasını gözləyir.
Qaz kəmərinin tikintisi 2015- ci ildə başlanıb və iki il davam etməli idi, lakin Əfqanıstanda daxili siyasi münaqişə ilə bağlı onun gerçəkləşməsi təxirə salınıb.
ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu ölkədən enerjidaşıyıcılarına qadağa qoyub. Avropa İttifaqı da həmçinin blokun 27 iştirakçısının dəstəyini qazanacağı təqdirdə neft embarqosunu tətbiq etmək niyyətindədir.
Bundan başqa, Avropa ölkələri özlərinin Rusiya qazından asılılığını azaltmağa can atır.
Rusiya prezidenti Vladimir Putin “dost olmayan ölkələr”, o cümlədən Avropa ölkələrindən qaz tədarükünə görə rublla ödəniş etməyi tələb edib.
Avropanın əksəriyyət hökumətləri buna qarşı çıxıb, lakin bir çox Avropa şirkətləri bu tələbi icra etməyə hazırlaşır.
Polşa və Bolqarıstan rublla ödəniş etməkdən imtina edəndən sonra Moskva bu ölkələrə qaz tədarükünü dayandırıb.