Ölkə

Mübariz Mənsimov “Quli”nin qorxusundan həbsxanadan çıxmaq istəmirmiş…

Mübariz Mənsimov “Quli”nin qorxusundan həbsxanadan çıxmaq istəmirmiş…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun son müsahibəsi ciddi müzakirələrə səbəb olub. Mübariz bəy həmin müsahibəsində bir çox mətləblərə toxunub. Ancaq görünən budur ki, onun hazırda həyatda olmayan “Lotu Quli” ilə bağlı  səsləndirdiyi fikirlər ətrafında müzakirə daha çox aparılır.

 

Mübariz Mənsimov  deyir ki, hansısa xahişlə bağlı “Quli” ona zəng edib: “ Mən leksikonumda olan bütün söyüşləri ona söydüm. Üzr istəyib telefonu qapatdı”.

 

Bilirsiniz niyə müsahibədəki  bu məqama daha çox yer ayrılır? Bu, heç də “Quli”yə olan aşırı sevgidən qaynaqlanmır. Təbiidir ki, “Quli” və digər kriminal avtoritetlərin cəmiyyətdə bəlli dayaqları və istəyənləri var.

 

Ancaq Mənsimovun məhz Quli ilə bağlı yalan danışdığını söyləyənlər heç də kriminal avtoritetin əhatə dairəsinə aid olan adamlar deyillər.

 

Onlar sadəcə aşırı yalanı həzm etmək istəmirlər. Söhbət “Quli” çapında “oğru”dan gedirsə, onun kiminsə söyüşünü (özü də leksikonda olan nə varsa)  həzm edib, üzr istəməsi inandırıcı görünmür. Belə olsaydı onda “ Quli”  “oğru” yox, başqa adı daşıyardı.

 

Cəmiyyət bilir ki, Mübariz Mənsimov bu məqamda ağ yalan danışır. Yəni bu gün hansısa ziyalı buna etiraz edirsə,  bu heç də o anlama gəlmir ki, həmin adam iş adamını yox, kriminal avtoriteti  müdafiə edir. Söhbət yalana olan etirazdan gedir.

 

Mən başqa bir müsahibəni də izlədim. Həmin vaxt Quli ilə görüşən tanınmış bir ziyalı deyir ki, Mübariz Mənsimov gedib polisə ərizə verib ki, “Quli” onu öldürmək istəyir. Sonra da ”Quli”nin qorxusundan həbsxanadan çıxmaq istəmirmiş.

 

Mübariz Mənsimovun son müsahibəsini iki dəfə izləyəndən sonra bu qərara gəldim. Adamın Azərbaycanla bağlı çox ciddi siyasi iddiası var. Deyir ki, bizi vurmaq istəyən insanı ondan qabaq məhv edərik. Demir ha, qarşısını alarıq, onun barəsində hüquqi ölçü götürülməsini tələb efərik, deyir ki, məhv edərik.

 

Tam bir mafioz yanaşna. Bütün bunlarla yanaşı Mənsimovu yalnız iş adamı deyil, həm də böyük siyasi projelərdə yer alan kilid adam da saymaq olar. Rusiya etiraz elektoratının liderlərindən sayılan Aleksey Navalnının ona zəng  etməsinə dair etirafı da çox detallardan xəbər  verir…