Manşet

Müharibənin taleyini həll edən SİRLİ FOTO – İsrail isethsalı “Orbiter 1K”

Hücuma keçməsinə bir neçə saniyə qalmış özünü biruzə verir.

Müharibənin taleyini həll edən SİRLİ FOTO – İsrail isethsalı “Orbiter 1K”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntüdə pilotsuz uçuş aparatının (PUA) erməni topcusunu uğurla məhv etdiyi əks olunub.

7times.az-ın məlumatına görə, görüntülərdə başqa bir PUA-nın kadra girdiyi də diqqətdən qaçmayıb. Həmin uçuş aparatının İsrail istehsalı “Orbiter 1K” olduğu bəlli olub.

Qeyd edək ki, “Orbiter 1K” düşmən silah sistemlərinin, hərəkət halında olan ünsürlərin təsbit edilməsində istifadə olunur. Beləliklə, təsbit olunan hədəfin vurulmasına kömək edir.

Həmçinin, “Orbiter 1K” 3 saata yaxın havada qala bilir və hücuma keçməsinə bir neçə saniyə qalmış özünü biruzə verir.

Geriyə dönüş istiqamətində paraşüt-hava yastığı istifadə olunaraq yerə enir.redaktor.az