Gündəm

Narkotik açıq satışda: nə etməliyik? – Osman Gündüz

Narkotik açıq satışda: nə etməliyik? – Osman Gündüzbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə sosial media istifadəçiləri tərəfindən aşkar şəkildə həyata keçirilən narkotik satışına qarşı hüquq-mühafizə orqanları ciddi monitorinq aparmalıdır. Bu iş Azərbaycanda yetəri səviyyədə deyil. Daxili İşlər Nazirliyi sistemində kiber-cinayətkarlıqla mübarizə ilə bağlı çatışmazlıqlar var.

Bunu 7times.az-a “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son dönəm ölkəmizdə sosial şəbəkə üzərindən aşkar şəkildə həyata keçirilən narkotik satışı barədə danışarkən deyib.

“Hüquq-mühafizə orqanlarının narkotik satışı və kiber cinayətkarlıqla bağlı monitorinq proqram təminatları və metodologiyaları olmalıdır. Aidiyyəti orqanlar buna laqeyd yanaşmamalıdır. Bu istiqamətdə ölkəmizdə konseptual şəkildə də problemlər var. Hüquq-mühafizə orqanları arasında kiber-mühitdə açıq şəkildə həyata keçirilən cinayətlərlə bağlı səlahiyyət bölgüsü də konkretləşdirilməlidir. Bu istiqamətdə kadr hazırlamaq, o cümlədən maarifləndirici tədbirləri sürətləndirmək vacibdir”, – O.Gündüz bildirib.