Manşet

Narkotikə qarşı çıxan ekiz bacıları “İnstagram”da canlı yayımda öldürdülər – Dəhşətli qətl

Narkotikə qarşı çıxan ekiz bacıları “İnstagram”da canlı yayımda öldürdülər – Dəhşətli qətlbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada ekiz bacılar cinayətkar qruplaşma tərəfindən başından vurularaq qətlə yetirilib.

7times.az xəbər verir ki, bu barədə “Sun” qəzetində məlumat yayılıb. Ən dəhşətlisi isə özünəməxsus edam ritualının” İnstagram” sosial şəbəkəsində canlı şəkildə həyata keçirilməsidir.

Ekiz bacılar, Amaliya və Amanda Alves öncə diz üstə çökdürülüb, daha sonra tapança atəşi ilə öldürülüb. Onların hər ikisinin narkotiklərin satışı ilə bağlı məxfi məlumatlara malik olduğu gələn xəbərlər arasındadır. Ölkənin şimal-şərqində yerləşən Seara ştatının Pakajus şəhərində gerçəkləşdirilən bu tüküsrpədici hadisəyə minlərlə adam baxıb.

Braziliya polisi 17 yaşlı qatili tapıb həbs etməyə müvəffəq olub./Musavat.com