Region

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verdi – Fotolar

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verdi – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında magistral su xəttində qəza baş verib.

“Report”un məlumatına görə, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.

Nəticədə şəhərin Xətai və bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb. Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Hazırda təmir işləri davam etdirilir və bir neçə saata qeyd olunan ərazilərə suyun verilişi tam bərpa ediləcək.

Qeyd edək, bir neçə il əvvəl şəhər su və kanalizasiya sistemlərinin çəkilişi aparılarkən bir sıra hallarda texniki normalar gözlənilmədiyindən tez-tez magistral xətlərdə qəzalar baş verir. Bu hallar isə magistral yolların sıradan çıxmasına və su verilişində saatlarla fasilələrin yaranmasına gətirib çıxarır.