Ölkə

NAXÇIVANDA TALIBOV ERASI RƏSMƏN BİTDİ! – İstefa verdiyi açıqlandı, amma hələ də kabinetindədir (Yeniləndi)

NAXÇIVANDA TALIBOV ERASI RƏSMƏN BİTDİ! – İstefa verdiyi açıqlandı, amma hələ də kabinetindədir (Yeniləndi)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, gözlənildiyi kimi, bu gün istefa verdiyini açıqlayıb.

O, 8 gün Bakıda səfərdə olduqdan sonra dünən günün ikinci yarısında Naxçıvana qayıtmışdı.

V.Talıbovun Ali Məclisin bu gün keçirilən qapalı iclasında istefa verdiyi bildirilsə də, “AzPolitika.info” dəqiqləşdirib ki, hər hansı iclas keçirilməyib, nəinki MR hökumətinin üzvləri, hətta deputatlar belə Ali Məclisin binasına toplanmayıblar. Yəni Ali Məclisin iclasının keçirildiyi və Talıbovun deputatların qarşısında istefa verdiyi xəbəri reallığı əks elətdirmir. O, deputatların qarşısına çıxmadan istefa qərarı açıqlanıb. Çox böyük ehtimalla, müvafiq sənədlər deputatlara ayrı-ayrılıqda imzalatdırılacaq. 

Maraqlıdır ki, V.Talıbov hal-hazırda da Ali Məclisin binasında, iş kabinetindədir. 

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Dünən günün ikinci yarısında səkkiz günlük Bakı səfərindən sonra Naxçıvana qayıdan Vasif Talıbovun bu saatlarda MR Ali Məclisinin qapalı iclasını keçirdiyi bildirilir.

“AzPolitika.info”-ya Naxçıvandakı çoxsaylı mənbələrdən daxil olan məlumatda Ali Məclisin qapalı iclasında ciddi qərarların qəbul olunacağının gözlənildiyi qeyd olunur.

İstisna olunmur ki, Vasif Talıbov “səhhəti ilə əlaqədar” istefasını elan edəcək.

Əlavə məlumat veriləcək.