Ölkə

Nazir: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!

Nazir: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyənin İzmir şəhərində baş verən zəlzələyə görə başsağlığı verib.

7times.az bildirir ki, bu barədə XİN rəhbəri rəsmi “Facebook” səhifəsində etdiyi paylaşımda bildirib.

“Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”