Ölkə

Nazir generalın oğluna yeni VƏZİFƏ VERDİ

Nazir generalın oğluna yeni VƏZİFƏ VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elmir Hüseynov vəzifəsindən azad olunub.

7times.az report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib.

Qeyd edək ki, T.Paşayev FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayevin oğludur.

T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışırdı.