Ölkə

Nazir Xankəndiyə keçən iranlılardan DANIŞDI

Nazir Xankəndiyə keçən iranlılardan DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 İran vətəndaşının Xankəndi şəhərinə qanunsuz səfər etməsinə münasibət bildirib.

Modern.az-ın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı bir nəfər belə hər hansı izahat verməyib.

“Bizə bir adam da izahat vermədi ki, bu 27 nəfər kimdir, bizim ərazimizdə nə işlər məşğuldur?”, – XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı Səfirliyinə nota göndərilib.