Sosial

Nazirlə TƏBİB rəhbərinə vaksin vurulmaması iddialarına – RƏSMİ CAVAB

Nazirlə TƏBİB rəhbərinə vaksin vurulmaması iddialarına – RƏSMİ CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiyası zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.

7times.az xəbər verir ki, TƏBİB-dən “Report”a bildirilib ki, sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində “only for clinical trial” yazıldığını görmək mümkündür.

“Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq, şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib” – deyə sorğunun cavabında bildirilir.

TƏBİB-dən həmçinin bildirilib ki, dünən vaksin vurulan Ramin Bayramlı özünü yaxşı hiss edir: “Heç bir problem yoxdur”.