Manşet

“Nazirlər, icra başçıları sanki bəhsə giriblərmiş kimi insanları ayağa qaldırmağa çalışırlar” – ŞOK AÇIQLAMA

“Nazirlər, icra başçıları sanki bəhsə giriblərmiş kimi insanları ayağa qaldırmağa çalışırlar” – ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qiymət artımları arasında elə epizodlar var ki, heç bir məntiq onu qəbul etmir”.

7times.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov fikir bildirib:

“Yayın istisində suyun qiymətinin qaldırılması, insanların qıcıqlandırılması kimin marağına qulluq edir? Bunu heç cür anlaya bilmirəm. Hakimkyyət rəsmilərinə bir daha qeyd edirəm. Bu ölkəni qarışdırmaq üçün ən real vasitə incidilən şəhid ailələri olacaq. Qələbə eyforiyasından ayılın. Böyük zəfər qazandıq və bu qələbənin başında Prezidentimiz dayandı. Bu uğuru bizlər qəbul edirik. Amma bir şeyi anlamaq lazımdır ki, ölkədə qarışıqlığı 10 milyon yaratmır. Bunun üçün 100 min insan kifayət edir. Bu 100 min narazı kütləni son addımlarla nazirlər, icra başçıları sanki bəhsə giriblərmiş kimi ayağa qaldırmağa çalışırlar” – İsmayılov qeyd edib.