Ölkə

Nazirlər Kabinetindən yeni QƏRAR

Nazirlər Kabinetindən yeni QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq SOCAR tərəfindən rəhbər komitələr və işçi qruplar formalaşdırılarkən, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin də həmin rəhbər komitələrdə və işçi qruplarda nümayəndə kimi iştirakı təmin ediləcək.

7times.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, SOCAR-ın tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq SOCAR tərəfindən rəhbər komitələr və işçi qruplar formalaşdırılarkən, aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin həmin rəhbər komitələrdə və işçi qruplarda nümayəndə kimi iştirakı təmin ediləcək:

– Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

– Azərbaycan Respublikasının Energetika Nazirliyi;

– Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

– Azərbaycan Respublikasının Dövlət Neft Fondu

– Azərbaycan İnvestisiya Holdinqi.