Gündəm

Necə olur ki, Azərbaycan hərbçisi öz ərazimizdə əsir götürülür? – ŞƏRH

Necə olur ki, Azərbaycan hərbçisi öz ərazimizdə əsir götürülür? – ŞƏRHbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçisi Cəmil Babayevin Ermənistan tərəfindən əsir alınması ilə bağlı kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra, hər kəs Müdafiə Nazirliyinin açıqlamasını gözlədi. Nəhayət Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayaraq hərbçimizin Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini bildirdi və araşdırma aparıldığını deməklə kifayətləndi. Lakin Müdafiə Nazirliyinin bu cür açıqlaması bəzi sualların yaranması ilə nəticələndi.

Müdafiə Nazirliyinin açıqlamasını KONKRET.az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, nazirlik hərbçimiz Babayev Cəmilin hospitalı özbaşına tərk etdiyini və buna görə də onun haqqında cinayət işi başlanıldığını, araşdırma aparıldığını vurğulayır: “Müdafiə Nazirlyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib. Birinci cümlədə “araşdırılma aparılır” sözləri ilə kifayətlənmək olardı, çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq. “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə isə Xarici İşlər Nazirliyinin daima düzgün olaraq işlətdiyi “müvəqqəti” sözü əlavə edilməli idi. Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib və öz ərazisində hərəkət edib. Onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur”.

İrəvan bu cəsarətə sahib deyil” – Elxan Şahinoğlu

Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, erməni tərəfi hərbçimizin sərhədi guya Ağdərə ərazisində pozduğunu  və ona görə də əsir götürüldüyünü iddia edir: “Fikrimcə öncə yayılan videosüjeti dəqiqləşdirmək lazımdır. Daha sonra isə məsələyə adekvat addımlar atılmalıdır. Bir məsələ mütləqdir ki, düşmən artıq həddini aşmağa başlayıb.

Paşinyanın hakimiyyətdə qalması yekun sülh prosesini

Birincisi, Qarabağda sərhəd yoxdur və bu torpaqlar Azərbaycanın suveren ərazisidir. İkincisi, 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin şərtlərinə uyğun olaraq erməni terrorçuları Qarabağ ərazisindən çıxarılmalıdır, amma bu şərt hələ də rus “sülhməramlıları” tərəfindən təmin edilməyib. Üçüncüsü, Ermənistan tərəfi yavaş-yavaş mühribədən əvvəlki şəraiti təmin etməyə, daha dəqiq desək tərəflər arasında gərginliyin daha da artırılmasına çalışır və Rusiya bunu susqunluqla qarşılayır. Dördüncüsü, əgər ermənilər sözügedən hadisəni törədibsə, Azərbaycan tərəfi mütləq bu hadisəyə adekvat addım atmalıdır. Hesab edirəm ki, Ermənistanın bu dərəcədə azğınlaşmasının arxasında duran qüvvələr regionda sülhün və əmin-amanlığın olmamasını istəyən qüvvələrdir”.

 

KONKRET.az