Ölkə

Nərimanovda daha bir küçəyə nəqliyyatın girişinə məhdudiyyət qoyuldu

Nərimanovda daha bir küçəyə nəqliyyatın girişinə məhdudiyyət qoyuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunub.
Bu barədə 7times.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub. Qeyd edilən marşrut xətləri üzrə gecikmələr müşahidə olunur.
Qeyd edək ki, bu gün səhər saatlarından Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.