Kriminal

“Nərmin işi”ndə meyiti müayinə edən ekspert dindirilib: “Heç nə yadımda deyil”

“Nərmin işi”ndə meyiti müayinə edən ekspert dindirilib: “Heç nə yadımda deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində 3 il əvvəl Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam etdirilib

7Times.az xəbər verir ki, hakim Dadaş İmanov sədrliyi ilə keçirilən prosesdə meyitin müayinəsində iştirak etmiş ekspertlət şahid qismində dindirilib. Xatırladaq ki, təqsirləndirilən İlkin Süleymanovun vəkilləri bundan əvvəlki məhkəmə iclaslarında vəsatət qaldıraarq ekspertlərin əlavə şahid qismində dəvət olunaraq dindirilməsini istəmişdilər.

Nəhayət, fevralın 8-də ekspertlərdən biri Nazim Rəhimov gəlib.

Prosesdə vəkillər ekspertə meyitin müayinəsi ilə bağlı xeyli suallar ünvanlasa da ekspert suallara “bilmirəm”, “heç nə yadımda qalmayıb” kimi cavablar verib.

Hakim ekspertə tanış olmaq üçün rəyləri verib.

Ancaq buna baxmayaraq o yenə bir çox sualı cavabsız qoyub.

Şahid-ekspert: “Bizə dedilər ki, bu meyit Nərmin Quliyevaya aiddir. Cəsəddən götürdüyüm dəri və sümük nümunəsini Bakıya göndərdik. Rəyləri də müstəntiq Nadir Mirzəyevə göndərdik”.

Vəkillər meyitin yandırılması, çürüməsi, qanın vəziyyəti ilə bağlı suallar verib. Şahid-ekspert nə müdafiə tərəfin, nə də təqsirləndirilən şəxsin suallarını cavablandıra bilməyib.

Məhkəmədə iş vaxtı bitdiyi üçün məhkəmə digər şahid-ekspert Seyfulla İsgəndərovun dindirilməsi növbəti məhkəmə iclasına saxlanılıb.

Məhkəmə iclasından sonra jurnalistlər məhkəmənin binası önündə Seyfulla İsgəndərova yaxınlaşaraq suallar verib. O, deyib ki, DNT analizi meyitin Nərmin Quliyevaya məxsus olduğunu təsdiqləyib. “Yandırılan cəsədin 5 dəqiqə 40 saniyə ərzində kömürləşməsi mümkündürmü?” sualına isə ekspert “meyit kömürləşməmişdi” cavabını verib.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

7Times.az