Sağlamlıq

Nəyə görə kişilər gecə tumansız yatmalıdır? – Uroloq səbəbi açıqladı

Nəyə görə kişilər gecə tumansız yatmalıdır? – Uroloq səbəbi açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kişilər çox soyuq olmayan aylarda gecə yatanda alt geyimsiz və isti örtüksüz yatmalıdır. Bunun kişi reproduktiv sisteminə faydası var.
Medicina.az xəbər verir ki, rusiyalı həkim uroloq Vadim Dolbışev kişilərə gecə tumansız yatmağın faydaları və vacibliyini açıqlayıb.
“Alt paltarsız yatdıqda xayalarda temperatur aşağı olur, onlar istiliyi heç sevmir. Çünki isti olduqda sperm hərəkətsiz, zəif olur, bu zaman cinsi istək hissi və hamilə qalmaq şansı azalır.
İkinci səbəb yatdıqda sıx tuman xayaları hərəkətsiz qoyur və qan dövranı pozulur. Yatanda isə insan o tərəf-bu tərəfə çevrilir və kişi orqanları da bədənlə birgə hərəkət etməlidir.
Üçüncü səbəb tumansız yatdıqda aşağı çanaq orqanlarında tərləmə olmur. Tər isə sidik kisəsi və cinsi orqanlarda göbələk, bakteriyalar üçün yaxşı şərait yaradır və onlar çoxalır.
Ona görə də kişilər, xüsusən də ata olmaq istəyən kişilər alt paltarsız yatmağa vərdiş etməli, qalın yorğan, odeyal və isidici yataq istifadə etməməlidir. Ümumiyyətlə, kişi cinsi orqanları qadınlardan fərqli olaraq, soyuq və sərin mühit üçün uyğundur”.