Gündəm

Növbəti erməni təxribatı: Raketləri məhv edildikdən sonra…

Növbəti erməni təxribatı: Raketləri məhv edildikdən sonra…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ordumuzun legitim hədəflər – düşmənin start vəziyyətində olan raket sistemlərini məhv etməsindən sonra Ermənistan tərəfi Azərbaycanın guya mülkü insanları hədəf alması ilə bağlı əsassız iddialar irəli sürüb, ölkəmizə qarşı beynəlxalq arenada növbəti təxribatlar həyta keçirməyə cəhd edirlər.

7times.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov düşmənin bu təxribatının da uğursuz olacağını bildirib:

“Ermənistanın Gəncə və digər şəhələri atəşə tutması, dinc əhalinin öldürülməsi, ümumilikdə bu kimi yeni-yeni cinayyətlər törətməsi Azərbaycanı fəal müdafiəyə üsuluna keçməyə vadar edir. Həm Prezident İlham Əliyev, həm də nazir Zakir Həsənov əvvəlcədən bunun xəbərdarlığını etmişdilər. Onlar açıqlamalarında Ermənistan ərazisindən Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, həmin nöqtələrin dərhal məhv ediləcəyini bildirmişdilər. Bu baxımdan, düşmən bu məsələdən öz leyhinə istifadə edə bilməz”.

Politoloq Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiasının olmadığını bildirib:

“Azərbaycan Ermənistana qarşı ərazi iddiası etmir, biz sadəcə mülkü əhalimizin həyatına yönələn təhlükəni zərərsizləşdiririk. Bu da özünü müdafiə haqqımızdan irəli gəlir. Çünki hər bir dövlət vətəndaşlarını, ölkənin infrastrukturunu, mədəni-irsi abidələrini, sənaye obyeklərini və s. qorumaqla mükəlləfdir. Yəni qeyd olunanlardan birinə hər hansı bir təhdid varsa, həmin an məhv edilməldir. Bu, dövlətin haqqıdır, hüququdur. Məhz Azərbaycan da bu hüququndan istifadə edərək, düşmənin start vəziyyətində olan raketlərini qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarıb”.