Gündəm

“Oradan rus bayrağını götürün, bu, rüsvayçılıqdır” – Ermənilərdən ruslara ETİRAZ

“Oradan rus bayrağını götürün, bu, rüsvayçılıqdır” – Ermənilərdən ruslara ETİRAZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi axmaqlar hesab edir ki, Yerasxdakı Rusiya bayrağının dalğalanması bizi düşməndən qoruyacaq. Eləcə də bizim təhlükəsizliyimizə zəmanət verəcək, cəsarət və çevikliyimizi artıracaq”.

7Times.az xəbər verir ki, bu fikirlər sosial şəbəkələrin erməni seqmentində müzakirə olunan foto ilə bağlıdır. Ermənilər bildirir ki, döyüşlər zamanı icma başçısı rusların gözü qarşısında yaralanıb və İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb: “Oradan rus bayrağını götürün, bu, rüsvayçılıqdır! 500 metr aralıda rus hərbçiləri ola-ola, azərbaycanlılar açıq-açığına bizə hücum edir, müttəfiqimiz öz missiyasını yerinə yetirməkdə hələ qərarlı deyil. Artıq hərbi əməliyyatlar İrəvanla 50 dəqiqəlik məsafədədir. Biz xəbərdarlıq etmişdik ki, Artsax və Gorusdə döyüşməsəniz, müharibə İrəvana qədər gəlib çıxacaq”. Rəsmiyyə Şərifova, KONKRET.az