Ölkə

Ötən il dövlət siyasi partiyalara nə qədər yardım edib? – Açıqlandı

Ötən il dövlət siyasi partiyalara nə qədər yardım edib? – Açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təmin olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.

7times.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.

Həmçinin, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilatlarına maliyyə yardımının göstərilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb.

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara isə 3,6 milyon manat maliyyə yardımı ayrılıb.

2020-ci ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət, beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlüklə bağlı və digər xərclərə 179,7 milyon manat vəsait sərf olunub.

2020-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının 73 diplomatik nümayəndəlik və konsulluqların, xarici ölkələrdə ticarət nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 113,3 milyon manat vəsait yönəldilibş