Region

Ovannisyan üzə çıxdı: “Bilmədim ki, Azərbaycan ordusu bunu necə etdi”

Ovannisyan üzə çıxdı: “Bilmədim ki, Azərbaycan ordusu bunu necə etdi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsurn Ovannisyan Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən azad edilməsindən danışıb.

7times.az xəbər verir ki, Ovannisyan Şuşanın Ermənistan ordusunun nəzarətindən necə çıxması haqda məlumatlı olmadığını iddia edib.

MN-ın sabiq mətbuat katibi, həmçinin keçmiş müdafiə naziri, 44 günlük müharibədə Ermənistan tərəfindən Şuşanın müdafiəsindən məsuliyyət daşıyan Seyran Ohanyanı da “təmiz”ə çıxarmağa çalışıb.

O qeyd edib ki, Seyran Ohanyanın Qarabağda 44 günlük müharibə zamanı Şuşanın Azərbaycanın nəzarətinə keçməsi ilə heç bir əlaqəsi yoxdur.

“Şuşa əməliyyatına kimin rəhbərlik etdiyi, kimin komandanlıq etdiyi barədə məlumatlara tam sahib deyiləm. Amma məndə olan məlumata görə, Ohanyan şəhərə nəzarətin itirilməsində iştirak etməyib”, – Ovannistan bildirib.

Ovannisyan özünün də Şuşanın Azərbaycan ordusu tərəfindən hansı formada azad edilməsi haqda məlumatlara sahib olmadığını iddia edib:

“Hərbçilər verilən tapşırıqların bəzilərini yerinə yetirdilər, bəzilərini yerinə yetirə bilmədilər, ya bacarmadılar, ya da istəmədilər”.

Artsurn Ovannisyan müharibə zamanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi olub. O, 44 günlük müharibədə yalan informasiyalar verdiyi üçün Ermənistanda kəskin tənqid və təhqirlərə məruz qalıb. Müharibədən dərhal sonra vəzifəsindən azad olunub.

Seyran Ohanyana gəldikdə, Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə Şuşanın müdafiəsindən onun məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Ohanyan 44 günlük müharibədə bir dəfə də Qarabağda olmayıb və baş verənlərə görə o məsuliyyət daşıyır. Teleqraf.com