Aktual

Paşinyan Rusiyanı BİABIR ETDİ: ““İsgəndər” raketlərini atdıq, partlamadı”

Paşinyan Rusiyanı BİABIR ETDİ: ““İsgəndər” raketlərini atdıq, partlamadı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan 1in.am agentliyinə geniş müsahibə verib.

Müsahibədə Paşinyanın Ermənistan Qarabağ məsələsindəki gələcək planları, üçtərəfli razılaşmanın bəndlərinin icrası, müxalifətin növbədənkənar seçki tələbləri və iqtisadi sahədə planları barədə danışıb.

Müsahibə zamanı Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “İsgəndər” raketlərinin müharibənin ilk günlərində istifadə olunmaması ilə bağlı verdiyi açıqlamaya cavab verib. Paşinyan Rusiyadan satın alınan həmin raketlərin Qarabağ döyüşlərində tətbiq olunduğunu, sadəcə partlamadığını deyib.

“Qoy sual versin (Serj Sarkisyan), niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10%-i partladı? “.

Nikol Paşinyanın “İsgəndər” raketlərinin partlamaması barədə açıqlamasının silah istehsal edən Rusiyanın hakim dairələrinin ciddi narazılığa səbəb olacağı gözlənilir. Kreml həmin raketləri yalnız Ermənistana satmışdı./Modern.az