Region

Paşinyan Rusiyaya gedir: Putinlə görüşəcək

Paşinyan Rusiyaya gedir: Putinlə görüşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.

7times.az xəbər verir ki, bu barədə Ermənistanın “aysor.am” nəşri məlumat yayıb.

Bildirilib ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olacaq.

Tərəflərin Rusiya-Ermənistan strateji əməkdaşlığa dair məsələləri, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası vəziyyətini müzakirə edəcəkləri gözlənilir.