Region

Paşinyana qarşı aksiyalara görə cinayət işi açıldı

Paşinyana qarşı aksiyalara görə cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan güc strukturlarına Mehri və Aqarak (Əkərək) şəhərlərinə səfəri zamanı keçirilən etiraz aksiyalarının təşkilatçılarını cəzalandırmağı tapşırıb.

7times.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Qafanda keçirdiyi iclasda təlimat verib.

“Bugünkü insident qanun pozuntusudur. Hüquq-mühafizə orqanlarının sərt və ictimiayyətə açıq şəkildə görülə bilən reaksiya verəcəklərini gözləyirəm. Ermənistanda cəzasızlıq mühitinə yol vermək olmaz”, – deyə Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla polis rəisi Vaqe Kazaryana müaricət edərək bildirib.

Qeyd edək ki, bundan sonra Paşinyanın Sünikə (Zəngəzura) səfəri zamanı baş verənlərlə bağlı cinayət işi açılıb. Bəzi KİV-in yazdığına görə, Paşinyan hətta Sünik (Zəngəzur) bölgəsinin keçmiş rəhbəri Vahe Akopyanın həbsi ilə bağlı təlimat verib.

Xatırladaq ki, Nikol Paşinyanın Zəngəzur səfəri zamanı sakinlər “Nikol satqındır”, “Nikol get” deyə qışqıraraq baş naziri etirazla qarşılayıblar. Bu səbəbdən Paşinyan Mehri şəhərin tərk etməli olub.  qafqazinfo.az