Manşet

Pedofil Çarli Çaplin: 15 yaşlı tərəf müqabilini hamilə qoyub – Haqqında bilmədiklərimiz

Pedofil Çarli Çaplin: 15 yaşlı tərəf müqabilini hamilə qoyub – Haqqında bilmədiklərimizbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kino tarixinin ən çox təqlid edilən simalarından biri olan Çarli Çaplin özünü təqlid edə bilməməsi ilə adını tarixə yazıb. O, 1915-ci ildə San-Fransiskoda təşkil edilən Çarli Çaplinə bənzəyənlərin qatıldığı müsabiqəyə qatılıb və uduzub.

7times.az Çarli Çaplinlə bağlı maraqlı faktları təqdim edir:

Çarli Çaplin vaxtilə o qədər məşhurlaşıb ki, şöhrətinin zirvəsində ikən London səfərində 2 gün ərzində 73 mindən çox məktub alıb. O, “Time” jurnalının üz qabığında görünən ilk rejissor və aktyor olub. Aktyorla birlikdə kinoya çəkilən uşaq Çaplini 30 yaşında milyonçu edib.

Buna baxmayaraq, sənətçi simicliyi ilə tanınıb. O, daima eyni paltarı geyinib, ucuz otellərdə qalıb və qonorar çeklərini xərcləməyərək sandığında yığıb.

Çarlinin valideynləri 1889-cu ildə, o, doğulduqdan qısa müddət sonra boşanıb. Atası əyyaş olub, anası isə dəlixanaya düşüb. Məzhəkəçi uşaq evində böyüyüb. Çaplini 1913-cü ildə prodüser Mak Sennet kəşf edib. Prodüser ona qısametrajlı komediya filmləri çəkdirib və beləliklə, sənətçi məçhurlaşmağa başlayıb.

İş həyatında çox uğurlu olan Çaplin şəxsi həyatında uğur qazana bilməyib. Onun özündən yaşca çox kiçik olan 2 qadınla məcbur evliliyi qalmaqal və boşanma ilə nəticələnib.

1943-cü ildə aktrisa Coan Berri Çaplinə qarşı atalıq iddiası qaldırıb, o, aktyoru məcburi fahişəliyə məcbur etmə niyyəti ilə adam oğurluğunda ittiham edib. Lakin məhkəmə Çaplinə bəraət verib.

O, bəzilərininin nəzərində pedofil idi. İlk arvadı Mildred Harrislə 1918-ci ildə evlənəndə gəlinin 16, Çaplinin isə 29 yaşı vardı. Hamilə olduğunu iddia edən Harris Çaplini evliliyə razı salıb. Lakin hamiləlik uydurma idi, laki sonradan Mildred həqiqətən dünyaya uşaq gətirib. Amma çağa qüsurlu olub və cəmi 3 gün yaşayıb.

Bu səs-küylü evlilik 1 il davam edib və qarşılıqlı ittihamlarla başa çatıb. Onlar ayrılarkən Çaplin arvadının onu başqa qadınla aldatdığını, arvadı isə Çaplinin yataqda ona işgəncə verdiyini iddia edib.

Özündən yaşca çox kiçik qızlardan əl çəkməyən Çaplin bu dəfə şansını başqa 16 yaşlı qızla sınayıb. Bu qız aktrisa Lilita Makmurrey olub. Yeni gəlin dünyaca məşhur “Lolita” filmindəki cazibədar qızının ifaçısısı idi. Lilita ilə tanış olanda Çaplin 35, qız isə 15 yaşında idi. Çaplin hamilə Lilitanı aborta razı salmağa çalışsa da, qızın ailəsi onu şantaj edib və növbəti evliliyə məcbur olub.

Lilita boşanma ərizəsində Çaplinin onu oral seksə məcbur etmədə və ən azı 5 qadınla xəyanətdə ittihamlayıb. Bu ittihamlarla gündəmə gəlmək istəməyən Çaplin yüksək məbləğdə – 625 min dollar təzminat ödəməyə razılaşıb və boşanıb.

Çaplin Amerika xalqının sevimlisi olsa da, kino dünyası onu heç vaxt sevməyib. Həmkarları və çəkiliş komandası aktyordan hər zaman pis iy gəldiyini deyirmiş. “Balaca avara”nın şəxsi gigiyenasına qətiyyən fikir vermirmiş. İddialara görə, Çaplin corabını, alt paltarını və kostyumunu dəyişmədən 2 həftə geyinə bilirdi. Xüsusilə yay aylarında bu vəziyyət dözülməz həddə çatırmış. 1914-cü ildə “Tillie’s Punctured Romance” filminin çəkiliş meydançasında Çaplindən çürük yumurta qoxusu gəlirmiş. Çəkiliş zamanı onun tərəf müqabili Mari Dressler qoxuya dözə bilməyib və rejissora şikayət edib.

Pedofil Çaplin: 15 yaşlı tərəf müqabilini hamilə qoyub