Manşet

“Pəncə-Qılınc” əməliyyatı: 89 hədəf məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib

“Pəncə-Qılınc” əməliyyatı: 89 hədəf məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında terrorçulara qarşı keçirdiyi “Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı uğurla davam edir.

7times xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, birinci mərhələdə bu gün səhər saatlarında terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib:

“Hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var. Əməliyyatda yerli və milli silah-sursatlardan böyük ölçüdə istifadə edilib. Əməliyyatdan sonra bütün təyyarələr sağ-salamat öz bazalarına qayıdıb. ” – məlumatda qeyd olunub.