Sosial

Pensiyaların dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiyaların dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ünvanlı dövlət sosial yardım almaq üçün edilən müraciətlərə verilən imtina cavablarının tərkibində Ailə tərkibinin düzgün göstərilməməsinə görə edilən imtinaların həcmi 25-30 faizi təşkil edir.

7times.az bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, bəzən ünvanlı dövlət sosial yardım üçün müraciət edildikdə ailənin tərkibi barədə düzgün məlumat verilmir:

“Aztəminatlı ailə dedikdə iki məfhum ayrı-ayrılıqda götürülməlidir. Birinci aztəmantlılıq meyarı nədir, ikincisi isə aztəminatlı ailə meyarı nədir. Çünki bəzən vətəndaşlar ünvanlı dövlət sosial yardım üçün müraciət edən zaman bu iki məfhumu bir-biri ilə qarışdırırlar. Bu il ehtiyac meyarı 170 manat həcmində müəyyən edilib. Əgər şərti olaraq, bir ailədə 3 nəfər varsa, onda ailənin ehtiyac meyarı 510 manat müəyyən olunur. Ailənin bir ay ərzində gəliri 510 manatdan aşağıdırsa, bu ailə aztəminatlı ailə hesab edilir. Bəzən bir ailədə 5-10 nəfərin-ata-ananın, onun övladlarının yaşamasına baxmayaraq, ailənin bir övladı ünvanlı sosial yardım almaq üçün müraciət edir və o da ailə dedikdə öz həyat yoldaşını, uşaqlarını nəzərdə tutur. Amma ünvanlı sosial yardım üçün müraciət edildikdə ailə münasibətlərinə nikah prizmasından yanaşılmır. Ünvanlı yardım ailə məsələsinə ailə təsərrüfatı prizmasından baxılır. Yəni bir ailədə necə yaşayırsa, onun hər bir üzvü onun tərkib hissəsi sayılır”.

H.Məmişov qeyd edib ki, əgər ailə üzvləri eyni həyətdə ayrı-ayrı evlərdə yaşayıb eyni işıq, su sayğacından istifadə edirlərsə, onlar bir ailə təsərrüfatı kimi nəzərdə tutulur: “Onların kommunal xidmətlərə görə xərcləri birdirsə, məntiqlə demək gəlirləri də birdir. Belə halda eyni həyətdə yaşayan bütün ailənin gəlirləri ünvanlı sosial yardım zamanı dəyərləndirilir”.

“Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”, – Himalay Məmişov deyib.

O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa bu halda pensiya dayandırılır: “Bu halda vətəndaş sərbəst şəkildə Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər. Onu da qeyd edə bilərəm ki, bu günə qədər dayandırılmış pensiya işlərindən heç biri ilə bağlı əsassız şikayət daxil olmayıb. Son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb. Təbii ki, bu da şəffaflanmanın göstəricisidir”. yenisabah.az