Aktual

Pentaqon: Ukraynaya yeni yardım paketinə 72 haubitsa və 121 PUA daxildir

Pentaqon: Ukraynaya yeni yardım paketinə 72 haubitsa və 121 PUA daxildirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın Ukraynaya göndərəcəyi 800 milyon dollarlıq yeni hərbi yardım paketinə daxil olan silah və texnikalar açıqlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbinin yazılı bəyanatında deyilir.
“Bu paketdəki silahlara 72 ədəd 155 mm-lik haubitsa və 144 min artilleriya mərmisi, 155 mm-lik haubitsalar üçün 72 ədəd yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi, sahə avadanlığı və ehtiyat hissələri daxildir”, – bəyanatda qeyd edilir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.