Manşet

Polkovnik-leytenant qəlyanxanada öldü

Polkovnik-leytenant qəlyanxanada öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada, Yakutiyada polis polkovnik-leytenantı özəl mühafizə təşkilatının əməkdaşları ilə münaqişədən sonra qəlyanxanada ölüb.

7times bildirir ki, bu barədə öz mənbəsinə istinadən REN TV öz Telegram kanalında yazıb.

Polisin vəzifədə olmadığı dəqiqləşdirilib. Müəssisədə o, digər qonaqlarla mübahisə edib, lakin münaqişə həll olunub. Amma qəlyanxananın mühafizəçiləri həmin şəxsi müəssisədən buraxmayıb, üzünə qaz balonunu sıxıb yerə yıxıb və əlini qandallamaq üçün üzərinə yıxılıblar.

Nəticədə polis dünyasını dəyişib. Ölümün səbəbi hələlik məlum deyil. Mühafizə təşkilatının əməkdaşları saxlanılıb.