Aktual

Polşa Prezidenti NATO-nun şərq cinahını daha da gücləndirməyə çağırıb

Polşa Prezidenti NATO-nun şərq cinahını daha da gücləndirməyə çağırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Varşava Şimali Atlantika Alyansının şərq sərhədlərində hərbi mövcudluğunu daha da genişləndirmək istəyir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sammitdə bildirib.

“Biz NATO-nun şərq cinahında qoşunların mövcudluğunu genişləndirmək, qoşunların sayını artırmaq istəyirik”, – Duda deyib.

O, həmçinin Avropanın şərq hissəsində ABŞ-ın hərbi mövcudluğunun artırılmasının tərəfdarı olduğunu bildirib. Dudanın sözlərinə görə, bu problem NATO sammitində və ABŞ nümayəndələri ilə ikitərəfli qaydada müzakirə olunacaq.

Qeyd edilir ki, Buxarestdəki hazırkı görüşün məqsədi ayın sonunda Madriddə keçirilməsi planlaşdırılan NATO sammitinə qədər NATO-nun şərq cinahının mövqeyini işləyib hazırlamaqdır.

“Buxarest doqquzluğuna” Mərkəzi və Şərqi Avropa ölkələri daxildir: Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya.