Aktual

Polşa prezidenti Putinlə müzakirələrə qarşı çıxdı: “Məgər Hitlerlə belə danışıqlar aparılıb?”

Polşa prezidenti Putinlə müzakirələrə qarşı çıxdı: “Məgər Hitlerlə belə danışıqlar aparılıb?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Anjey Duda Almaniya kansleri Olaf Şols və Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə danışıqlarını tənqid edib. Onun sözlərinə görə, bu danışıqlar heç bir nəticə verməyəcək.
Modern.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“Kansler Şolsla prezident Emmanuel Makronun Putinlə apardığı bütün danışıqlar məni heyrətə gətirir. Bu danışıqlar heç nəyə gətirib çıxarmır”, – Polşa prezidenti “Bild”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu danışıqlar daha çox “Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyan şəxs üçün bir növ legitimlik” effekti verir.”Bəs İkinci Dünya Müharibəsi zamanı kimsə Adolf Hitlerlə belə danışıq aparıb?”, – Duda əlavə edib.