Manşet

Prezident Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olub – VİDEO

Prezident Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olub – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar.

7times.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya mərkəzdə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verdi.