Ölkə

“Prezidentin Səmərqənddəki çıxışı İrana bir mesajdır ki…” – Vahid Əhmədov

“Prezidentin Səmərqənddəki çıxışı İrana bir mesajdır ki…” – Vahid Əhmədovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü çox yüksək dəyərləndirirəm. Çünki belə bir təşkilatın yaradılmasında təşəbbüskar əsasən Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev olublar. Bu təşkilat da genişlənməkdə davam edir”.

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Vahid Əhmədov bu gün Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünü şərh edərkən dedi. O, həmçinin Prezident İlham Əliyevin çıxışına da münasibət bildirdi:

“Bu gün Səmərqənddə keçirilən həmin görüşdə cənab prezidentin çıxışında çox maraqlı məqamlar var. Görülən işlər barədə, Azərbaycan Ermənistan münasibətlərində Qarabağ məsələsinin həllində sülh müqaviləsinin imzalanmasını uzadan Ermənistanın addımları, o cümlədən Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı yenə də müdafiə etməsi, bir yerdə olması kimi məsələlər müzakirə olunub. Türk dövlət başçıları ilə Azərbaycan dövlət başçısının ikitərəfli  görüşləri çox əhəmiyyətlidir. Ən ciddi məqamlardan biri cənab prezidentin qeyd etdiyi kimi, Azərbaycanın hər hansısa müəyyən bir səbəbdən Vətənindən ayrı düşmüş, kənarda yaşayan vətəndaşları ilə bağlıdır. Onların hüquqlarının, azadlıqlarının təmin edilməsi üçün biz əlimizən gələni edəcəyik. Bu da birbaşa İran dövlətinə mesajdır. Orada bizim 35 milyona yaxın azərbaycanlı vətəndaşmız yaşayır. Onların hüquqları təmin edilmir, nə məktəbləri, nə mədəniyyət ocaqları, nə də səhiyyə ocaqları var. Ona görə də faktiki olaraq İran dövlətinə bir mesajdır ki, həmin insanların normal hüquqları təmin edilsin. Yəni bu, çox ciddi bir tədbirdir. Belə hesab edirəm ki, bu təşkilat get-gedə genişlənəcək və ümumiyyətlə, Türk Dövlətləri Birliyinin daha da möhkəmlənməsinə, iqtisadi-siyasi əlaqələrin güclənməsinə təkan verəcək.”

Vahid Əhmədov İranda yaşayan Azərbaycan türklərinin ana dilində təhsil almaları və hüquqlarının təmin edilməsi ilə bağlı atılmalı olacaq addımlar barədə də danışdı.

“İranda bu dəqiqə ictimai-siyasi vəziyyət kifayət qədər gərgindir. Əhali ayağa qalxıb və İranda molla rejiminin getməsini tələb edirlər. Digər dövlətlər də var ki, bu rejimin dəyişdiirlmsində, demokratik dövlətin qurulmasında maraqlıdırlar. Biz dövlət olaraq orada soydaşlarımızın hüquqlarını müdafiə etmək üçün bütün əlimizdən gələni etməliyik. Amma indi əgər onlar onu etmək istəmirlərsə, yəni bizim soydaşlarımızı ana dilində təhsilini və sairə məsələləri həll etmək istəmirlərsə, soydaşlarımız da bu mitinqlərdə iştirak etsinlər. Baxmayaraq ki, onların arasında həbs olunanlar var. Amma Azərbaycan dövləti də həmişə onların yanındadır, onların yanında da olacaq”, – deyə millət vəkili vurğuladı.