Ölkə

Prokurorluq Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ

Prokurorluq Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.

7Times.az  xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. Onun sözlərinə görə, araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb. T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb.