Sağlamlıq

Psixoloq qeyri-stabil şəraitdə sakit qala bilməyin yollarını açıqlayıb

Psixoloq qeyri-stabil şəraitdə sakit qala bilməyin yollarını açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq və narahatlıq pozğunluğu üzrə mütəxəssis Mett Sautvord çətin zamanlarda ayaqda qala bilməyin və çətinlikləri dəf etməyin yolları barədə danışıb. Kentukki Universitetinin internet saytı üçün verdiyi müsahibədə o, qeyri-müəyyənliyin hökm sürdüyü zamanlarda sakitliyi qorumağı tövsiyə etməklə yanaşı bu qeyri-stabil şəraitə adaptasiya olmağın üsullarını da açıqlayıb.

Sautvord qeyd edib ki, bunun üçün ilk addım mövcud qeyri-müəyyən vəziyyətə aydınlıq gətirməyə çalışmaqdır. O, narahatlıq verən problem barədə bütün mövcud faktları diqqətlə araşdırmağı və bundan sonra özünə bəzi suallar verməyi məsləhət görüb. İlk öncə özünüzdən sizi nəyin daha qorxutduğunu soruşmaq gərəkdir. Sonra isə bu qorxulan situasiya yaranarsa, bu zaman nə etmək lazım olduğu barədə düşünmək və hansı addımın atılacağını anlamaq lazımdır.  Psixoloqun fikrincə, bu, narahatlıqdan xilas olmağa və çətinliyin öhdəsindən gəlmək üçün kifayət qədər gücə malik olduğunu anlamağa imkan verəcək.

Mütəxəssis iddia edib ki, əgər daim qorxularla üz-üzə gəlsən, bu zaman onlar zəifləyir və daha az narahat etməyə başlayır. Sautvord sizi qorxudan hadisələr və onların nəticələri barədə düşünməkdən qorxmamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, hadisələri çox kəskin deyil, daha yumşaq şəkildə qavramağa kömək edəcək.

Sautvord həmçinin enerjinizi sizi əhatə edən insanlara yönəltməyin önəmini vurğulayıb ki, bu da yalnız şəxsi problemlər üzərində konsentrasiya olmağın qarşısını alınmasına zəmin yaradır.  Onun fikrincə, əhvalı yüksəldən bəzi əşya və məşğuliyyətlərə daha çox diqqət yetirmək və tez-tez keçmişdəki çətinliklərin dəf olunmasında əldə olunan nailiyyətləri xatırlamaq faydalı ola  bilər. (oxu.az)