Ölkə

“Pulun varsa, min, yoxdursa, uşaqların yanında pərt ol” – Azər Qərib Bulvardakı karusellərin vəziyyətindən gileyləndi

“Pulun varsa, min, yoxdursa, uşaqların yanında pərt ol” – Azər Qərib Bulvardakı karusellərin vəziyyətindən gileyləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üç yaşlı nəvəmlə bulvara getdik atraksionlara minməyə, bəxtəvər başımıza. İki dəqiqə balaca qatar gedir, qiyməti 2 manat. Mən Azneftdən Yasamala 2 manata gedirəm, siz qatara görə həmin pulu alırsınız? İnsafınız var? Həmin atraksionlara gələnlərin əksər hissəsi heç də geniş imkanlara malik olanlar deyil, bilirsinizmi bunu? Mənim yanımda bir kişi iki uşaqla geri döndü ki, bahadır”.

7Times.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Azər Qərib sosial şəbəkədə yazıb. O, atraksionların qiymətindən və qurulan sistemdən şikayət edib:

“İndi bazar iqtisadiyatından danışanlar olacaq ki, qiymətləri bazar tənzimləyir, mal satılırsa, qiyməti niyə salım? Düzdür, tam razıyam, haqlısınız, amma bunların hamısı digər hallara aid ediləndə məntiqli səslənir. Məsələn, oteldir, 300 manatım yoxdur, gecəsi 50 manatlıqda qalaram. Burada isə seçim yoxdur, karusel 3 manatdır, alternativi isə yoxdur. Pulun varsa, min, yoxdursa, suyun süzülə-süzülə uşaqların yanında pərt olub qayıt evinə.

Keçək digər məsələyə. Deməli, qatara minmək üçün gərək kassada uzun bir növbəyə durasan. Orada sənə plastik kart verirlər və ona görə də əlavə iki manat da girov götürürlər. Gedib atraksiona minirsən, sonra yenidən həmin uzunluğunda olan növbəyə durursan ki, kartı qaytarıb iki manatını geri götürəsən. Yəni iki dəqiqəlik atraksiona minmək üçün bir saat növbələrdə durmalısan. Bu nə sistemdir belə? Hədsiz dərəcədə böyük ümid edirəm ki, Bulvar idarəsində çöldə 21-ci əsrin olduğu haqda məlumatlı insanlar var, müasir texnologiyalar, kosmosa uçuşlar, kartla nağdsiz ödənişlər filan.

Ola bilsin ki, atraksionlardan gələn gəlirlər yetərli deyil və xaricə getmək imkanları yoxdur, o zaman dəvət etsinlər gəlib onlara bir az oralardan danışım, bilsinlər dünyada nələr var. Özü də tam ödənişsiz, onlarda pul nə gəzir…”.